Qadınların yarısından çoxunda aybaşı qanaması zamanı az və yaxud çox ağrı olmaqdadır. Bu aybaşı sanıcısı, qanamanın normal hüdudda qalmasını təmin etmək məqsədi ilə ortaya çıxan uşaqlıq gərilmələrinin ağrı olaraq qəbul edilməsi nəticəsi ilə ortaya çıxmaqdadı.
Təxmini 10 qadından birində isə vəziyyət tamami ilə fərqlidir. Aybaşı qanamalarının başlamasıyla bərabər ortaya çıxan ağrı, olduqca şiddətlidir və gündəlik həyat tərzimizə mənfi şəkildə təsir edir. Qadın xəstəlikləri və doğum klinikalarında edilən təcili müraciətlərin təxmini 10% - i ay başı sancısı səbəbi ilə olmaqdadır.
Dismenore, yəni ağrılı aybaşı görmə araştırmaları sonrası efektli bir şəkildə müalicə edilə bilən və qadının lazımsız yerə dözdüyü bir ağrıdır.
Sancılı aybaşı görmə əslində normal ay başı görmə mexanizmasının əsas bir hissəsi olan, uşaqlıq gərilməsinin qadın tərəfindən ağrı şəklində hiss edilməsidir. Bu uşaqlıq gərilmələrinin məqsədi uşaqlığın iç qatının atılaraq yenilənməsi zamanında olan qanama miqdarının ən az səviyyədə tutmaqdır.
Bu sancılmalar əsnasında uşaqlıqda bölgəsəl olaraq prostaglandin adı verilən bəzi maddələr ifraz olunur. Ağrıya yol açan hadisənin prostaqlandinlərin ya daha çox miqdarda, ifraz olunması və ya qadında prostaglandinin ağrı şəklində həddindən artıq həssaslıqla, cavab verməsi olaraq qəbul edilməkdədir. Prostaglin ifrazı xüsüsi ilə yumurtlamlı bir aybaşı dönəmində realdaşdırıla bildiyindən aybaşı görmədən qisa zaman öncə başlayan və qanama bitdikdən sonra bütünlüyü ilə qeyb olan, aybaşı sancısı bir öncəki aybaşı vaxtında yumurtlama olduğunun ən güvənli əlamətlərindən biridir.
RİA(``spiral``) qadınların bir qismində öncədən var olmayan, aybaşı sancılarının ortaya çıxmasına səbəb ola bilir.
Əsasən RİA tətbiqindən sonra qadınların bir qisminin RİA`larını çıxartmaq istəməklərinin ən önəmli səbəblərindən biri də budur.
Sancılı aybaşı görmənin nadir görülən bir səbəbi də, uşaqlıq ağzı girişinin abart, infeksiyon kimi səbəblərə bağlı olaraq daralmış olması və bununla bağlı olaraq aybaşı qanının çətinliklə atılmasıdır.
Endometriyozis sancılı aybaşı görmənin digər bir səbəbidir və maraqlı bölümdə detallı olaraq ələ alınmışdır.
Aybaşı sancısı ümümilikdə aybaşı görmədən öncə ilk 24 saat içində başlar, aybaşı görməklə bərabər şiddətli qisa vaxtlı olaraq artar və ay başı zamanının bitməsinə qədər, gedərək zəifləyər.
Bulantı- qusma, halsızlıq, ishal, sancılara əlavə olaraq şiddətli bel ağrısı sancı ilə bərabər sıx görülən digər əlamətlərdir. Ağrının çox şiddətli olduğu hallarda huşunu itirmə belə ortaya çıxa bilər.
Aybaşı sancıları ağrı kəsicilərlə nəzarət altına alına bilmirsə və başqa bir ginekoloji əlamət yoxdursa müayinə lazım deyildir.
Ancaq ay başı Sancıları çox şiddətli olur ümümi halını təsir etməyə başlamışsa və ya günlük yaşamına təsir edirsə, zəruriyyətlə jinekolojik dəyərləndirmə edilməli və efektli bir müalicə tətbiq edilməlidir.
Ginekolojik müayinənin çox önəmli bir məqsədi vardır. Endometriyozis( uşaqlığın iç qatının normaldan kənar olması adenomiziyos, xronik infeksiya, yumurtalıq kistləri, miyomlar və bəzi jinekolojik xəstəliklərlə bərabər özlərinə xas olan əlamətlərin verilmələri xaricində yalnız aybaşı sancısı kimi əlamətlər də verə bilər.
Edilən ginekolojik müayinə bu halların varlığının ortaya çıxarılması və effektli bir şəklidə müalicə edilə bilməsi yönündən son dərəcədə vacibdir.
Ginekolojik müayinədə aybaşı sancısına səbəb ola biləcək bir problemin tapılması halında bu problemin dəyərləndirilməsi, müvəffəqiyyat şansının yüksəlməsi yönündən çox önəmlidir. Qeyri- kafi bir dəyərləndirmə nəticəsində edilən müalicənin uğurlu olma şansı çox aşağıdır.
Ginekolojik müayinədə heç bir ginekolojik problem tapilmadığı zaman ilk müalicə şəkli ağrı kəsicilərdir. İstifadə edilən ağrı kəsicilər ``nonsteroid anti inflamatuar anajeziklər`` adı altında qruplandırılan ağrı kəsicilərdir.
Bu dərmanlar ağrı kəsmələri xaricində prostaglandin böyümənidə azaldaraq cift tərəfdən müalicə edir. Aybaşı qanaması başlamazdan 24 saat əvvəl, həkimin tövsiyyəsinə görə dəyişən dozalarda dərmanlar istifadə olunur və sancının davam etdiyi vaxtlarda da dərmanlardan istifadə edilir.
Ağrı kəsici dərmanlarda heç bir nəticə alınmayan hallarda ikinci addım, müalicəsi çox hallarda doğum nəzarət dərmanlarıdır. Aybaşı sancısı ilə yumurtlama arasında yaxın bir əlaqə əsas olduğundan yumurtlamanın doğum nəzarəti dərmanları ilə ortadan qaldırılması ağrıları çox hallarda effektli bir şəkildə nəzarət altına alır.
İkinci adım müalicədən də fayda götürülməməsi iləri diaqnoz gərəkdirən bir haldır. Bu məqsədlə lazımlı ön hazırlığın izlənilməsi laparoskopi adı ilə verilən üsulla qarın boşluğu araşdırılır. Bu araşdırmada ümümiliklə görülən problem endometriyozisdir.
Ağrı, xüsusi ilə də səbəbi tapilmayan ağrı hər zaman psixoloji bir problemə yol açır. Bu səbəblə sancılı aybaşı görmə vəziyyətində psixoloji konsultasiya da lazım ola bilər.