Hər dörd qadından birində həyatının bir zamanında ortaya çıxan miyomlar, qadınlarda ən sıx görülən problemlərdən biridir. Bunlar, uşaqlıq toxumasından qaynaqlanan və uşaqlıq şəklinin xaricinə çıxan yaxşı xasiyyətli kütlədir.
Miyomların ortaya çıxmasında genetik ünsürlərdə əsas rol oynayırlar. Xəstələrin çoxunda birdən cox miyomun olması görülür. Östrojen, miyomların böyüməsinə səbəb olduğu üçün, əsasən böyümə zamanında, hamiləlik zamanında böyüdükləri görulməkdədir. Klimaks dövründə isə əgər xəstə hormon dərmanı istifadə edibsə daha çox balacalaşmaqdadır.
Miyomlar, uşaqlıqdakı yerləşimlərinə görə də fərqlidir və uşaqlıq içi toxumaya doğru böyüyə bildikləri kimi uşaqlıq içi əzələ toxumunda da yer ala bilir. Həmçinində uşaqlıq xaricinə doğru böyüyən miyomlar və saplı miyomlarda qadınlarda görülə bilər. Bundan əlavə yumurtalıq ərtafında da böyüyən miyomlar da ola bilərlər.
Miyomların böyük çoxluğu əlamət verməyib hər hansı bir şikayət yaratmayabilər. Bununla birlikdə miyomlarla bağlı ən sıx rastlanan şikayət isə qanama pozğunluqlarının olmasıdır. Həmçinin, hamiləlikdə olduğu kimi alt qarın bölgəsində olan bir kütlə ağrı və ya təyziq hissi ortaya çıxara bilər.Bu səbəbdən halsızlıq, yorğunluq, nəfəs darlığı kimi problemlərin də yenə miyomlara bağlı olaraq ortaya çıxdığı görülməkdədir. Hamiləlikdə isə böyük yer tutan miyomların təyziq edərək qanamasına və ərkən doğuma səbəb olduqlarıda bilinməkdədir.
Uşaqlıq içi astar toxumaya doğru böyüyən miyomlar sonsuzluq və düşüklərə səbəb olduğu bilinməkdədir.
Miyomların diaqnozu jinekolojik olaraq müayinə zamanında olabileceyi ancaq tam dəqiq diaqnozu isə USM vasitəsi ilə qoymaq mümkündür.
Hansı miyomların alınmasının lazımlığı qadının şikayətlərinə və səbəb olduğu problemlərə görə bilinir. Əgər miyomun diametri 5 sm və ya daha böyükdürsə və ya miyom böyüməyə davam edirsə və ayni zamanda şikayətlər həyat şəraitinə təsir edirsə, yuxarıda göstərilən xəstəliklərə səbəb olursa müalicə lazımdır. Ancaq hər hansı bir şikayətində də böyümənin olmadığı hallarda altı ayda bir ginekoloji müayinə və USM müayinəsi kifayət edəcəkdir.
Qadınlar tərəfindən miyomların problem yaratmağa başladığında böyümə davam edirsə, ciddi bir təyziq baş verirsə və şiddətli kanamalar yaşana bilirsə, hamiləliyə problem olursa və ya düşüklərə səbəb ola bilirsə, belə hallar da miyomların müalicəsinə ehtiyyac vardır. Əməliyyat açıq cərrahi ya da laparoskopi və ya histeroskopi yolu ilə edilir. Uşaqlıq içi astar toxumaya doğru böyüyən miyomlar histeroskopi yolu ilə vajinadan girərək alınır.
Bügün bir çox böyük mərkəzdə miyom əməliyyatları laparoskopik yolla edilməkdədir. Miyomlar bu üsulla qarın heç açılmadan göbək çuxurundan girərək(laparoskopi) əməliyyat edilir.
Və əvvəldən problemə səbəb olan böyük ya da çox sayıda miyomalarda daha iləri proses olan qapalı əməliyyatla da edilə bilər.
Əgər bu klimaksda və ya klimaksa yaxın bir dövrdədirsə uşaqlığın hamısının alınması bir ehtimalkən hələ doğruluğu tamamlanmamış və ya uşaqlığını itirmək istəməyən xəstədə sadəcə miyom və ya miyomların alınması mümkündür.
Xüsüsi ilə böyük miyomlarda laparoskapik əməliyyat ciddi bir təcrübə gərəkdirir. Ancaq bununla birlikdə prosesin işlənməsi bu yolla edilməsi xəstəyə daha çox dəyərlər qazandırır.
Bunlar qarın kəsəsi olmadığı üçün estetik bir narahatlıq hiss edilməz, , ağrı və qanama riski açıq cərrahiyəyə görə daha az olur. Ağırlaşmalar riskinin düşük olması səbəbi ilə də sosyal və gündəlik həyata çox sürətəi geri dönmə yaşana bilər.
Bəli belə bir yol vardır. Magnat Rezonans(MR) rəhbərliyində səs dalğalarının fokuslanması (high-intensity focused ultrasound guided by magnetic (MR-HİFU) prosesi minlərcə xəstədə uğur ilə nəticələnmişdir. Narkoz və əməliyyat gərəktirməyən bu üsül hər dört miyom xəstəsindən ancaq biri üçün uygun ola bilər. Uğurlu nəticələr əldə etmək üçün hadisələrin doğru seçilmiş olması lazımdır.